AZ

"Maraqlı və yaddaqalan səfər oldu"

Artıq  oxucularımıza  və  bütövlükdə  ölkə içtimaiyyətinə  məlum olduğu  kimi   Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi  partiya sədrlərinin işğaldan azad olunan ərazilərə növbəti səfərini təşkil edib. 

Təşkil olunmuş  bu  səfərlə  bağlı   iştirakçıların fikirlərini  bilmək istədik. Elə bu  məqsədlə də Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olmuş REAL Partiyasının sədri Natiq Cəfərli  ilə  əlaqə saxladıq :

-Yaddaqalan  bir  səfər  oldu. Azad  olunmuş  torpaqlarımızda  aparılan  tikinti  işləri   diqqətimi  daha  çox  çəkdi. Xüsusi  ilə  həm  keyfiyyətli və həm də  təhlükəsiz, üstəlik   çoxşaxəli yol infrastrukturu yaradılıb.. Məni  sevindirən   və  mənə   ən çox təsir edən bir  məqamı heç  unutmadım.  Belə ki,  Cəbrayıldakı həyətlərdən  birinində   uşaqlar  futbol  oynayırdı..Yəni  artıq  uşaqlı-böyüklü  hər  kəs  Böyük  qaydışın  ilk mərhələsini  yaşamağa  başlayıb.Aparılan  işlər,  Minatəmizləmə Agentliyinin fəaliyyəti, "Araz Vadisi İqtisadi Zonası"nda 12 layihənin icrasına  başlanması barədə  yerindcə  məlumatlar  əldə etdik.

Onu da  qeyd  etmək  istəyirəm ki,  bu   formatda  səfərlərin təşkili çox böyük əhəmiyyət  kəsb edir.Necə  deyərlər  yüz  dəfə  eşiməkdənsə , oxumaqdansa   gəlib öz gözlərimizlə görmək  daha  maraqlı  və  yaddaqalandı..Öz  adımdan  bu səfəri təşkil edənlərə təşəkkürümü  bildirirəm

Seçilən
5
1
adalet.az

2Mənbələr