ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Artıq oxucularımıza və bütövlükdə ölkə içtimaiyyətinə məlum olduğu kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi partiya sədrlərinin işğaldan azad olunan ərazilərə növbəti səfərini təşkil edib.
Təşkil olunmuş bu səfərlə bağlı iştirakçıların fikirlərini bilmək istədik. Elə bu məqsədlə də Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olmuş REAL Partiyasının sədri Natiq Cəfərli ilə əlaqə saxladıq :
-Yaddaqalan bir səfər oldu. Azad olunmuş torpaqlarımızda aparılan tikinti işləri diqqətimi daha çox çəkdi. Xüsusi ilə həm keyfiyyətli və həm də təhlükəsiz, üstəlik çoxşaxəli yol infrastrukturu yaradılıb.. Məni sevindirən və mənə ən çox təsir edən bir məqamı heç unutmadım. Belə ki, Cəbrayıldakı həyətlərdən birinində uşaqlar futbol oynayırdı..Yəni artıq uşaqlı-böyüklü hər kəs Böyük qaydışın ilk mərhələsini yaşamağa başlayıb.Aparılan işlər, Minatəmizləmə Agentliyinin fəaliyyəti, "Araz Vadisi İqtisadi Zonası"nda 12 layihənin icrasına başlanması barədə yerindcə məlumatlar əldə etdik.Onu da qeyd etmək istəyirəm ki, bu formatda səfərlərin təşkili çox böyük əhəmiyyət kəsb edir.Necə deyərlər yüz dəfə eşiməkdənsə , oxumaqdansa gəlib öz gözlərimizlə görmək daha maraqlı və yaddaqalandı..Öz adımdan bu səfəri təşkil edənlərə təşəkkürümü bildirirəm.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.