AZ

PKK İraqın şimalında silahları təhvil verməyə başlayıb - Yenilənib

“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb....

İraqın Süleymaniyyə bölgəsində PKK-çıların tərksilah olmasının görüntüləri yayılıb.
APAxəbər verir ki, görüntülərdə PKK üzvləri silahlarını yandırır.

***
PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib.

Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.

Silahı yerə qoyan PKK-lı qrup bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər.

***

“Report” xəbər verir, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilir.

Poliqon.info 

Seçilən
32
5
poliqon.info

10Mənbələr