AZ

Türkiyə dünyanın diqqətində: PKK belə tərkisilah olunur CANLI

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün PKK terror təşkilatı silahı yerə qoymağa başlayıb.

Bakupost.az NTV-yə istinadən xəbər verir ki, terrorsuz Türkiyə prosesinin ilk addımı bu gün İraqda yerləşən Süleymaniyyə şəhərində atılır.

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyası ilə planlaşdırılan və diqqətlə izlənən mərasim üçün Diyarbəkirdən bir qrup insan da Şimali İraqa gedib. 150 nəfərlik heyətdə Demokrat Partiyasının üzvləri və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri yer alır.

Süleymaniyyənin Dukan bölgəsində PKK-nın tərksilah aksiyası dünya mediasından yüzlərlə jurnalist tərəfindən izlənərkən, yerli rəsmilər dəavtomobilləri iləmərasim yerinə doğru hərəkət ediblər.

Ərazidə sıx avtomobil hərəkətliliyi müşahidə olunarkən, PKK terror təşkilatının ilk qrupunun silah buraxdığı bildirilib.

NTV komandasından Osman Terkan son hadisələri belə şərh edib:

“Casana dağı ətəklərində yerləşən və Casana mağarası kimi tanınan turistik ərazidə tərki-silah tədbiri davam edir. Bura Süleymaniyyə yoluna yaxın bir yerdir”.

Tərksilah prosesini dəyərləndirən NTV-nin Ankara Xəbər direktoru Uğur Şevkat isə bunları qeyd edib:

“Ankaranın gözü və qulağı oradadır. Kritik bir neçə saatdayıq. Prosesin dördüncü mərhələyə keçməsi üçün üçüncü mərhələ olan silahları təhvil vermə işinin başa çatması hər kəsin ortaq arzusudur. Aylarla davam edən bir hazırlıq var idi.B irinci mərhələ ictimaiyyətin heç bilmədiyi bir mərhələ idi. Bu, MİT ilə İmralı arasında prosesin yetişməsi üçün aparılan danışıqlar mərhələsi idi. Daha sonra MHP lideri Bahçelidən mühüm bir çağırış gəldi. Öcalanın silah buraxma və lazım olarsa, parlamentdə çıxış etmə çağırışı verildi. İmralı ilə aparılan danışıqlarla ikinci mərhələ uğurla başa çatdı. İndi üçüncü mərhələnin içindəyik. Üçüncü mərhələ isə tərksilahla tamamlanacaq. Dördüncü mərhələdə Türkiyə Böyük Millət Məclisində bir komissiyanın qurulması gözlənilir. Bu hazırlıqlar da bir müddətdir davam edir. Komissiyanın 16-17 iyul tarixlərində yaradılıb işə başlamasını gözləyirik.

Bəs bu komissiya nə edəcək? Bu mərhələdə və ondan sonra davam edəcək prosesdə 2500-3000 qədər terrorçunun silahlarını bir neçə ay ərzində təhvil verəcəyi bildirilir. Komissiya da silahlarını təhvil verən terrorçularla bağlı işlər aparacaq.

Sabah Prezident Ərdoğanın da mühüm bir çıxışı olacaq”.

Lalə, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
42
www.bakupost.az

10Mənbələr