AZ

Pakistanda sərnişin avtobusuna hücum olub

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “Arab News” nəşrinə istinadən xəbər verir ki, terror aktı Bəlucistan əyalətinin Zhob rayonunda baş verib. “Hücum edənlər iki avtobusu saxlayıb, sərnişinlərin şəxsiyyət vəsiqələrini yoxlayıb və 9 nəfəri naməlum istiqamətdə aparıblar. Onların güllə yaraları olan cəsədləri daha sonra dağlarda tapılıb”, - hərbiləşdirilmiş “Levis” qrupunun təmsilçiləri bildiriblər. Hücuma görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib. Zhob rayonunun polis zabiti Yasin Mandohail ölənlərin cəsədlərinin məhkəmə-tibbi ekspertizası üçün Rahni şəhərindəki xəstəxanaya aparıldığını açıqlayıb. Bəlucistan hökumətinin rəsmi nümayəndəsi Şahid Rindanın sözlərinə görə, təhlükəsizlik qüvvələri hücuma tez cavab versələr də, hücum edənlər qaranlıqda qaça biliblər. Bölgədə genişmiqyaslı axtarış əməliyyatına başlanılıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azvision.az

2Mənbələr