Sea Breeze

PKK-nın silahları təhvil vermə prosesi bu gün İraqın Süleymaniyyə bölgəsində yerləşən Casene mağarasında start götürüb. Təşkilatın yüksək səviyyəli nümayəndələri ilə yanaşı, prosesə siyasi və rəsmi dairələrdən də qatılanlar var.

Redaksiya xəbər verir ki, mərasimdə PKK rəhbərliyi ilə yanaşı, Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani, Kürdüstan Yurdsevərlər İttifaqının başçısı Neçirvan Bərzani, KYB rəsmiləri və İraq Daxili İşlər Nazirliyinin təmsilçiləri iştirak edir. Eyni zamanda, mərasimə Türkiyə DEM Partiyasının həmsədrləri də qatılıb.

Silahların təhvil verilməsinə dair görüntülərin Türkiyənin CNN Türk telekanalı tərəfindən Bakı vaxtı ilə saat 13:00-dən sonra ictimaiyyətə təqdim olunacağı bildirilib.

Sevinc Kərimova

ETX
ETX
ETX