AZ

PKK silahı yerə qoymağa başladı

PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.

FED.az xəbər verir ki, silah buraxma prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutur.

Abdullah Öcalandan növbəti dəfə tərksilahla bağlı çağırışı

Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.

İmralıdan videobağlantı ilə müraciət

İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.

“Siyasətin gücünə inanıram” – Öcalanın mesajı

“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.

PKK-nın hərbi strategiyadan imtinası

Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.

Əvvəlki çağırışlar və danışıqlar prosesi

Qeyd edək ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.

Abdullah Öcalanın həbs tarixi

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. (Apa)

Seçilən
9
12
fed.az

10Mənbələr