
ABŞ Prezidenti Donald Tramp NBC kanalına verdiyi açıqlamada bildirib ki, Ukraynaya göndərilən silahların maliyyələşdirilməsini NATO üzərinə götürür. “Biz NATO-ya silah tədarük edirik və NATO bu silahların 100% dəyərini ödəyir. Beləliklə, biz silahları NATO-ya veririk, NATO isə bu silahları Ukraynaya göndərir və bütün xərcləri özü qarşılayır,” – deyə Tramp vurğulayıb.O qeyd edib ki, ötən ay keçirilən NATO sammitində ABŞ və alyans silah tədarükü ilə bağlı razılığa gəlib. Razılaşmaya əsasən, NATO ABŞ-dan alınan silahların dəyərini tam şəkildə ödəyəcək.Ulusum.az
Diqqət Çəkənlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı
"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ