AZ

Dövlət qəzetləri MMC-yə çevrilir, «Respublika» qəzeti ləğv edilir – FƏRMAN 

Azərbaycanda dövlət qəzetləri ilə bağlı islahatlar aparılıb. 

FED.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısında dəyişiklik edilib.

Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət mətbu orqanlarına aiddir. 

Belə ki, fərmana əsasən, “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Prezidentin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC yaradılır. 

Eyni zamanda, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirilərək onların əsasında “Xalq” qəzetinin redaksiyası” MMC yaradılır. 

Fərmana görə, “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC-yə, eyni zamanda “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılmıq “Xalq” qəzetinin redaksiyası” MMC-ə verilib. 

Yeni qaradılan qurumlar tam qeydiyyatdan keçənədək “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.

Seçilən
5
46
fed.az

10Mənbələr