Bakı. Trend:
Prezident İlham Əliyev gənclərin cəmiyyətin bütün sferalarındafəaliyyətini daim yüksək qiymətləndirir və dəstək göstərir.
Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçıdirektoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə”mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İcraçı direktor bildirib ki, dövlət başçısının səsləndirdiyifikirlər yeni nəslin doğru yolda irəliləməsində ən böyükmotivasiya, ilham mənbəyidir:
“Gənc nəslin nümayəndələri, xüsusən də Prezident İlham Əliyevinhakimiyyəti dövründə yetişən gənclər Vətən müharibəsində əsasmissiyanı yerinə yetirməklə dövlət başçısının dahi uzaqgörənlikləifadə etdiyi əminliyini və böyük etimadını doğrultdular.
Prezident İlham Əliyevin bu istiqamətdə formalaşdırdığıictimai-siyasi gündəmin uğurlarında Birinci vitse-prezidentMehriban Əliyevanın da böyük xidmətləri olduğunu vurğulamaqlazımdır.
Birinci xanım hər zaman ailə, uşaq və gənclərlə bağlı dövlətsiyasətinə dəstək verib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəolunmasında rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələriəhəmiyyətli rol oynayıb”.
Ə.İsmayyılov əlavə edib ki, Azərbaycanda gənclərin özünü ifadəetməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit vəəlverişli şərait mövcuddur.
“İnanırıq ki, istedadlı gənclərimiz öz bilik və bacarıqlarınımedia sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklər vəbu prosesdən qazanan Azərbaycan mediası, bütövlükdə ictimaifikrimiz olacaq”, - deyə o vurğulayıb.