Azərbaycan Prezidenti İlham Əliyev üç dövlət qəzetinin təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında “Bakinski raboçi” qəzetinin redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılır.
Eyni zamanda, “Respublika” və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi yolu ilə “Xalq” qəzetinin redaksiyası adlı MMC formalaşdırılacaq. Yeni yaradılan hər iki qurum Prezidentin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərəcək.
Qərarın məqsədi dövlət nəşrlərinin fəaliyyətinin optimallaşdırılması və idarəetmədə səmərəliliyin artırılması kimi qiymətləndirilir.