Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın "Daxili cəbhəni gücləndirək" mesajı ilə start verilən "Terrorsuz Türkiyə" quruculuğu prosesinin silahsızlaşma mərhələsinin başlamasına bir neçə saat qalıb.
Far.Az "HaberGlobal"a istinadən xəbər verir ki, PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayır.
Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çının silahlarını təhvil verəcəyi məqama yönəlib.
Terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb.