AZ

Tramp: Ukraynaya veriləcək silahların pulunu NATO ödəyəcək

Vaşinqtonun Kiyevə silah tədarükünü bərpa etməsi ilə bağlı ABŞ, NATO və Ukrayna arasında əldə olunan yeni razılaşmanın detalları açıqlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “NBC News” televiziya kanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz silahları NATO-ya göndəririk və NATO həmin silahların pulunu 100% ödəyir. Beləliklə, etdiyimiz budur: silahlar NATO-ya göndərilir, sonra isə NATO həmin silahları Ukraynaya verir və NATO bu silahların pulunu ödəyir,” – deyə D.Tramp vurğulayıb.

O əlavə edib ki, bu razılaşma ötən ay NATO sammitində əldə olunub: ““Biz silahları NATO-ya göndəririk və NATO bu silahların tam dəyərini geri ödəyəcək”.

Seçilən
13
50
poliqon.az

10Mənbələr