AZ

İsrailin keçmiş müdafiə naziri Xameneiyə xəbərdarlıq məktubu göndərib

Bakı. Trend:

Sizin seçim imkanlarınız daralır. Hələ də vaxtınız var. Amma eləçox qalmayıb.

Trend xəbər verirki, bunu İsrailin sabiq müdafiə naziri, general Yoav Qallant İranınali lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubdabildirib.

O, Əli Xameneyinin hər addımını təqib etdiyini və ona başqagizli nüvə proqramına başlaya bilməyəcəyi barədə xəbərdarlıqedib.

"Nüvə proqramları insanlar, qurğular və koordinasiya tələb edir.Siz öz proqramınızı analoq dövründə qurmusunuz. Bu gün isə peyklər,kibercasusluq vasitələri, insan mənbələri və məlumat analitikasıəvvəllər gizli qalan hər şeyi üzə çıxarır. Hər keçən ay bu fərqdaha da böyüyür. Bizim biliklərimiz dərinləşir. Hədəf siyahımızgenişlənir. Sizin seçim imkanlarınız isə daralır. Hələ də vaxtınızvar. Amma çox deyil", - deyə keçmiş nazir yazıb.

O, İranın ali liderini nüvə silahını bərpa edəcəkləri təqdirdəbunun Tehran üçün hansı nəticələrə yol açacağını da açıqlayıb.

“Nüvə silahı əldə etməyə davam edəcəksiniz? Həm də açıq şəkildə,müdafiəsiz, məhdud hücum qabiliyyəti ilə? Biz bunu biləcəyik.Qarşısını alacağıq. Və bunun ağır bədəlini ödəyəcəksiniz. Yoxsa,konvensional silah arsenalınızı yenidən qurmağa çalışacaqsınız?Bilə-bilə ki, bu, onilliklər çəkəcək? Biz bunu ləngidəcəyik,sabotaj edəcəyik və yenidən dağıdacağıq.

Sərhədinizdən min kilometrlərlə uzaqda yerləşən, kiçik, lakinqətiyyətli bir ölkəyə qarşı müharibədən əl çəkib, nəhayət, özxalqınızın rifahı və gələcəyi ilə məşğul olacaqsınız. Amma əgər birdaha səhv seçim etsəniz — biz orada olacağıq. Sizi gözləyəcəyik", -deyə Yoav Qallant yazıb.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr