Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində – Koroğlu heykəlinin yaxınlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Hüseynov Uğur Vüqar oğlunun idarə etdiyi motosikletlə 74-BC-722 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.