AZ

Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosunun məlumatına görə, hadisə Əziz Əliyev küçəsində – Koroğlu heykəlinin yaxınlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Hüseynov Uğur Vüqar oğlunun idarə etdiyi motosikletlə 74-BC-722 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.




Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Seçilən
13
5
sherg.az

6Mənbələr