AZ

Kelloqun qızı: Rusiya-Ukrayna münaqişəsi Əfqanıstan ssenarisinin təkrarına çevrilə bilər

BAKI, 11 iyul. TELEQRAF

“Rusiya-Ukrayna münaqişəsi ABŞ Prezidenti Donald Tramp üçün Əfqanıstan ssenarisinin təkrarına çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs “The Times”a bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ssenarisi münaqişə çərçivəsində “fəlakətli” nəsə baş verərsə və ya Kiyev Trampın prezidentliyi dövründə əhəmiyyətli dərəcədə daha çox ərazi itirərsə, baş verə bilər: “Tarixçilər Rusiya-Ukrayna münaqişəsinin necə başladığını yox, necə bitdiyini təhlil edəcəklər. Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyətində ABŞ-nin keçmiş prezidenti Co Bayden günahkardır”.

Seçilən
31
teleqraf.com

1Mənbələr