AZ

Naxçıvanda avtomobil motosikletlə toqquşub: 1 yaralı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az-ın məlumatına görə, hadisə Əziz Əliyev küçəsində – Koroğlu heykəlinin yaxınlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Hüseynov Uğur Vüqar oğlunun idarə etdiyi motosikletlə 74-BC-722 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobil toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
30
5
icma.az

6Mənbələr