AZ

İnternetdə tanış olduğu kişi 60 yaşlı qadının 430 min manatını əlindən aldı - "Amerikada qüllə tikdirirəm, pul lazımdır..."

Böyük Britaniyalı yaşlı qadın internetdə tanış olduğu şəxsə aşiq olduqdan sonra evini və zinət əşyalarını girov qoyaraq ümumilikdə 200 min funt sterlinq - təxminən 430 min manat itirib.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Elizabeth adlı qadın sosial şəbəkədə "David West" adlı kişi ilə tanış olub. David ona Texasda (ABŞ) yaşadığını və neft sahəsində çalışdığını deyib. Özünü boşanmış, bir qızı və iti olan bir ata kimi təqdim edən David Elizabethlə tez-tez yazışmağa başlayıb, sevgisini etiraf edib və guya maddi problemlərini onunla bölüşüb.

Qadın dəfələrlə ona pul göndərib. David guya yeni bir qüllə inşa etdiyini, qızına kömək etdiyini və dəfn mərasimi üçün pula ehtiyacı olduğunu bildirərək ondan dəstək istəyib. 2022-ci ilin dekabrında Elizabeth mərhum anasının zinət əşyalarını lombarda qoyaraq ona maliyyə köməyi edib. 2024-cü ilin avqustunda isə az qala evini də itirəcəkmiş.

Nəhayət, qadının oğulları vəziyyətdən xəbər tutaraq "David"in əslində Nigeriyadan olan bir fırıldaqçı olduğunu üzə çıxarıblar. Onun istifadə etdiyi ad və şəkillər oğurlanmış, əslində amerikalı bir həkimin kimliyi istismar olunmuşdu. Paylaşdığı bütün "ailə problemləri" və hekayələr isə tamamilə uydurma imiş.

Elizabeth sonradanetiraf edib ki, onun amerikalı olmadığı ilə bağlı şübhələri olsa da, "David" hər dəfə inandırıcı bəhanələr gətirib.

O, bankdan pulu qismən geri ala bilib, amma 430 min manata yaxın vəsaitin böyük hissəsi birdəfəlik itib.

Milli.Az

Seçilən
40
2
milli.az

3Mənbələr