AZ

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Klublararası dünya çempionatının yarımfinalında "Real Madrid"i darmadağın edərək (4:0) finala yüksələn PSJ-nin baş məşqçisi Luis Enrike "Çelsi"yə qarşı həlledici görüşdən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "The Guardian" belə çatdırıb:

"İndi bizi tarix yazmaqdan və bu mövsüm iştirak etdiyimiz bütün turnirlərin qalibi olmaqdan yalnız bir oyun ayırır. Bu, həm komanda, həm də azarkeşlərimiz çox şey deməkdir. PSJ-də işləməkdən məmnunam. Biz 100-dən çox qol vurmuşuq, çox az top buraxmışıq. Fərqli futbolçulara sahibik. Son görüşümüzü turnirdə əla nəticələrlə diqqət çəkən "Çelsi"yə qarşı keçirəcəyik. Bizi çox güclü rəqiblə oyun gözləyir. İndi bərpa olunmalı və hazırlaşmalıyıq".

Xatırladaq ki, "Çelsi" yarımfinalda Braziliya təmsilçisi "Fluminense"ni 2:0 hesabı ilə yenərək finala yüksəlib.

Nihat

Seçilən
25
1
fanat.az

2Mənbələr