AZ

"Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq münasibətləri hakimin işini düzgün görməsinə mane oldu"

"Selye" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Sabah"ı məğlub etdi - 3:2.

"Football-plus.az" xəbər verir ki, "qraflar"ın baş məşqçisi Albert Riera oyunsonrası mətbuat konfrasında jurnalistlərin suallarını cavabladı.

- İlk hissədə komanda oyuna uyğunlaşmaqda çətinlik çəkdi. İkinci yarıda isə dominant oyun sərgilədizBu fikirlə razısız?
- Məncə cütün güclü komandası "Selye" oldu. Heç-heçə də ola bilərdi. Yenə də meydanda yaxşı nəticə uğrunda mübarizə apardıq. Qarşılaşmada baş verənlər bizim daha yaxşı kollektiv oıduğumuzu göstərdi. Bəlkə də rəqibin baş məşqçisi bununla razılaşmayacaq.

- "Sabah"ın qol vurmasına fərdi səhvləriniz səbəb oldu...
- Hər futbolçu səhvə yol verə bilər. Bəli, həmin epizodlarda topu itirdik. Ancaq əsas məsələ fərdi səhvlər yox, komandanın ideoloji oyunu idi. Və bunu bacardıq. Cavab matçında səhvlərə yol verməməyə çalışacağıq.

- Cütün taleyini həll edilmiş saymaq olar?
- İlk oyunun nəticəsi önəmli deyil. Sakitəşmək üçün əsasımız yoxdu. Qarşıda daha bir 90 dəqiqə var. Cavab matçına ümumi hesab 0:0 imiş kimi hazırlaşacağıq.

- Qələbə qolunu vuran futbolçu meydana sonradan çıxdı. Bu barədə nə deyə bilərsiz?
- İstəyirəm ki, bütün futbolçularının əhval-ruhiyyəsi eyni səviyyədə olsun. Oyunçunun start heyətindəvə ya ehtiyat oyunçular skamyasında olması əhəmiyyətli deyil. Hamısına eyni yanaşıram. Onlar da matça eyni yanaşmalıdı. Bu gün ehtiyat oyunçular skamyasında əyləşənlər cavab matçında start heyətində ola bilər.

- Cavab oyunu penaltilər seriyasına qədər uzana bilər. Buna hazırsız?
- İndidən bu haqda düşünmək istəmirik. Dediyim kimi, növbəti oyuna sıfırdan hazırlaşacağıq. Futbolçular da belə düşünməlidi. Penaltilər seriyasına ehtiyac olsa, biz hazır vəziyyətdə olacağıq.

- Bu oyundan sonra Azərbaycan futbolu haqda fikirləriniz nə dərəcədə dəyişdi?
- Bu ölkədə çalışmamışam. İş təcrübəm yoxdu. Bu suala cavab verə bilmərəm. Başqa bir məsələ haqda danışım. Hər iki klunun forma rəngləri demək olar ki, eyni idi. Futbolçular ilk 10 dəqiqədən sonra çaşqınlıq yaşamağa başladı. Bu üzdən, qazaxıstanlı baş hakimə bu barədə fikrimi bildirdim. Bizim narıncı formalarımız da var idi. Geyimlərimizi dəyişmək istəyirdik. Görünür, Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq münasibətləri hakimin işini düzgün görməsinə mane oldu. İstəyərdim ki, oyunu hər iki ölkəyə uzaq olan yerdən hakim idarə etsin.

KƏNAN BAHADIR

Seçilən
38
1
football-plus.az

2Mənbələr