AZ

Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata əsasən, binada qəfil yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binada yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Seçilən
22
5
news365.az

7Mənbələr