Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəzarətə alınıb və qısa müddətdə söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
***
21:57
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata əsasən, binada qəfil yanğın başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binada yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.