AZ

Yağışlı havalarda sürücülər bu qaydalara əməl etməlidir! XƏBƏRDARLIQ

ain.az, Avtosfer saytına istinadən bildirir.

“Yağışlı havalarda sürücülər bır sıra təhlükəsizlik qaydalarına əməl etməlidir. Xüsusən də, yay aylarında onlar nəzər almaldılar ki, yağış olduqda asfalt üzərində sürüşmə risqi daha çox yüksək olur”.

Avtosfer.az xəbər verir ki, bu sözləri "Patrulaz.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, soyuq havalara nisbətən, isti aylarda yağıntıların olması bəzi səbəblərə görə, sürücülərin qəza etmək risqini daha da çox artırır. O, yay aylarında yağıntılı hava şəraiti zamanı sürücülərin diqqət yetirməli olduğu vacib məsələləri qeyd etdi:

“Qışda və payızda yağışlar intensiv yağdığı üçün asfalt yuyulur. Yay aylarında isə yağışlar az olduğuna görə, buxarlanma, ətraf mühitə atılan tullantılar və təkərlərin yeyilən protekturlarının toz-torpağı sürüşkən bir qat yaradır və bu da təhlükəyə səbəb olur. Sürücülər isə bəzən buna əhəmiyyət vermirlər və adi qaydada avtomibilin hərəkətini davam etdirirlər. Bu cür davranışlar isə nəticədə ağır qəzalara gətirib çıxarır. Ona görə də, sürücülərə tövsiyyəm odur ki, istənilən halda yağmurlu hava şəraitində avtomobilin idarəedilməsi qaydalarına diqqət yetirsinlər. Bu qaydalara əsasən, sürücülər ara məsafəni düzgün saxlamalıdırlar. Avtomobilin şinləri (təkərin rezin örtüyü) ilə bağlı tələblərə ciddi əməl etməlidirlər. Bu məsələlərə bəzən səthi yanaşırlar. Hətta, istismara yararsız təkərlə də maşın sürən sürücüləri görürük. Əslində təkər avtomibilin əsas idarətmə elementlərindən biridir. Ona görə də bütün bunlara laqeyd yanaşmaq olmaz. Görüntü məhdudiyyəti olan yerlərdə də sürət həddini aşmaq olmaz. Qanunda da qeyd olunub ki, sürcücü sürəti yol və hava şəraitinə uyğun seçməlidir. Lakin bəzən buna əhəmiyyət vermirlər. Qəfil tormozlanma və digər sərt manevrlər ağır fəsadların yaranmasına səbəb olur. Hesab edirəm ki, bu qaydalara diqqət edilsə, ciddi bir problem də yaşanmaz”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
avtosfer.az

2Mənbələr