AZ

Məşhur aviaşirkət kriptovalyuta ilə ödənişə keçir

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Emirates" hava yolları şirkəti müştərilərinə kriptovalyuta ilə bilet almaq imkanı təqdim edəcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumat aviadaşıyıcının saytında dərc olunub.

Şirkət bu məqsədlə Crypto.com ilə müqavilə imzalayıb və Crypto.com Pay xidmətini öz ödəniş sistemlərinə inteqrasiya edəcək. İnkişaf prosesinin 2026-cı ildə tamamlanması planlaşdırılır.

"Emirates" rəhbərliyi ümid edir ki, kriptovalyuta ilə ödənişlər müştərilərin dəyişən tələblərinə cavab verəcək və gənc auditoriyanı cəlb edəcək.

Qeyd edək ki, "Emirates", "Skytrax" konsaltinq şirkətinin 2025-ci il reytinqinə görə dünyanın ən yaxşı aviaşirkətləri arasında 3-cü yeri tutub. Siyahının ilk pillələrində isə "Qatar Airways" və "Singapore Airlines" qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
axsam.az

2Mənbələr