AZ

Rafael Fiziyevə "Sabah"ın forması hədiyyə olunub

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev UEFA Avropa Liqasının I təsnifat mərhələsini "Sabah" - "Selye" matçını izləyir.

İdman.biz xəbər verir ki, tanınmış idmançıya oyundan əvvəl "Sabah"ın arxasında Ataman yazılan 5 nömrəli forması hədiyyə olunub.

Mükafatı Rafaelə "Sabah"ın prezidenti Maqsud Adıgözəlov təqdim edib.

Qeyd edək ki, Fiziyev Azərbaycan paytaxtında təşkil olunan UFC gecəsində çilili İqnasio Baxamondesə qalib gəlib.

İdman.biz

Seçilən
19
2
idman.biz

3Mənbələr