AZ

Ukrayna uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə təşəkkür edib

Bakı. TurkicWorld:

Bu ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 32,427 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,204 milyon ABŞ dolları və ya 16% azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 38,631 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Türkiyədən Azərbaycana 39,584 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 336 min ABŞ dolları, yaxud da 0,8% azdır. Ötən ilin ilk üç ayında bu məbləğ 39,920 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,8%, xaricdən ölkəyə pul köçürmələrində Türkiyənin payı isə 17,2% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Seçilən
19
1
turkic.world

10Mənbələr