Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşacaq.
“Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.
Komandalar arasındakı cavab görüşü iyulun 17-si Sloveniyada olacaq.
***
Komandaların start heyətləri açıqlanıb.
“Sabah”: Stas Pokatilov, Steve Solvet, Rəhman Daşdəmirov, Abdullah Xaybulayev, Anatoli Nuriyev, İvan Lepiniytsa, Pavol Şafranko (K), Coy-Lens Mikels, İqor Noquera, Akim Zedadka, Xəyal Əliyev
“Çelye”: Simon Sluqa, Xuano Nieto, Damyan Vuklişeviç, Artemiyus Tutişkinas, Mario Kvesiç, Franko Kovaçeviç, Daniyel Şturm, Milot Avdili, Mark Zabukovnik, Nikita Yosifov, Jan Karniçnik (K)
***
Matç başladı.
***
Pavol Şafranko 2-ci dəqiqədə fərqlənir. Bununla “Sabah” erkən qolla hesabı açır.
***
Rəqib hesabı bərabərləşdirir. Kovaçeviç 8-ci dəqiqədə fərqlənir.
***
“Sabah” hesabda yenidən önə çıxır. Pavol Şafranko 18-ci dəqiqədə hesabı 2:1 edir. O, penaltidən rəqib qapısına yol tapır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.