AZ

“Sabah”a son dəqiqə şoku - Yenilənib+Video

“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşacaq.

“Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Komandalar arasındakı cavab görüşü iyulun 17-si Sloveniyada olacaq.

***

Komandaların start heyətləri açıqlanıb.

“Sabah”: Stas Pokatilov, Steve Solvet, Rəhman Daşdəmirov, Abdullah Xaybulayev, Anatoli Nuriyev, İvan Lepiniytsa, Pavol Şafranko (K), Coy-Lens Mikels, İqor Noquera, Akim Zedadka, Xəyal Əliyev

“Çelye”: Simon Sluqa, Xuano Nieto, Damyan Vuklişeviç, Artemiyus Tutişkinas, Mario Kvesiç, Franko Kovaçeviç, Daniyel Şturm, Milot Avdili, Mark Zabukovnik, Nikita Yosifov, Jan Karniçnik (K)

***

Matç başladı.

***

Pavol Şafranko 2-ci dəqiqədə fərqlənir. Bununla “Sabah” erkən qolla hesabı açır.

***

Rəqib hesabı bərabərləşdirir. Kovaçeviç 8-ci dəqiqədə fərqlənir.

***

“Sabah” hesabda yenidən önə çıxır. Pavol Şafranko 18-ci dəqiqədə hesabı 2:1 edir. O, penaltidən rəqib qapısına yol tapır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

48-ci dəqiqədə “Çelye” hesabı bərabərləşdirir. Kovaçeviç dubl edir.

***

“Çelye” 90+3-cü dəqiqədə “Sabah”ın qapısından 3-cü topu keçirir. Hrka 90+4-cü dəqiqədə fərqləndi.

***

Matç başa çatdı.

Seçilən
1
10
qafqazinfo.az

10Mənbələr