AZ

Azərbaycandan Türkiyəyə pul köçürmələri 16% azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərinpul köçürmələrinin həcmi 32,427 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,204 milyon ABŞdolları və ya 16% azdır. 2024-cü ilin birinci rübündə AzərbaycandanTürkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 38,631 milyonABŞ dolları təşkil edib.

Bu dövrdə Türkiyədən Azərbaycana 39,584 milyon ABŞ dollarıhəcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 336 min ABŞdolları, yaxud da 0,8% azdır. Ötən ilin ilk üç ayında bu məbləğ39,920 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəTürkiyənin payı 28,8%, xaricdən ölkəyə pul köçürmələrindəTürkiyənin payı isə 17,2% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Seçilən
7
10
az.trend.az

10Mənbələr