AZ

Rubeo: Vaşinqton Ukraynaya Patriot sistemlərini qeyri-adi üsullarla çatdırmaq istəyir

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə NATO müttəfiqləri ilə birlikdə “Patriot” zenit-raket komplekslərinin Kiyevə ötürülməsi imkanlarını müzakirə edəcək. Bu barədə ABŞ dövlət katibi Marko Rubeo mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ bu sistemlərin əsas istehsalçısı və ən böyük operatoru olsa da, Avropadakı müttəfiqlər Ukraynaya mövcud komplekslərini verməyə tələsmirlər.

“Əgər Ukrayna doğrudan da Avropa ölkələri üçün prioritetdirsə, bəzi ölkələr istifadə etmədikləri Patriot batareyaları ilə bölüşməyə hazır olmalıdır. Ümid edirəm ki, NATO üzrə tərəfdaşlarımızdan bəzilərini bu sistemləri Ukraynaya verməyə inandıra biləcəyik. Hazırda bir sıra ölkələrin istifadəsində Patriot sistemləri var, amma heç kim onlardan imtina etmək istəmir”, – deyə Rubeo bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
50
editor.az

10Mənbələr