AZ

Azərbaycanlı üzgüçüdən 3-cü qızıl

Maqsud Tahirli Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunda daha bir uğura imza atıb.

İdman.biz xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü bu dəfə 1 metrlik tramplindən tullanışda fərqlənib.

O, uğurlu çıxış edərək bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib olub. Maqsud bundan əvvəl 5 və 3 metrlik platformalarda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.

İdman.biz

Seçilən
52
1
idman.biz

2Mənbələr