AZ

Almaniyada faciəvi şəkildə ölən Kənan Lənkəranda dəfn edildi - Foto

Almaniyanda vəfat edən azərbaycanlı tələbə Kənan Səfərovun nəşi bu gün Azərbaycana gətirilib.

“Qafqazinfo” xəbər verir ki, o, doğulduğu Lənkəran rayonunun Digah kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, Kənan Camal oğlu Səfərovun meyiti iyulun 5-də Almaniyanın Münhen şəhərində tapılıb. Yaxınlarının sözlərinə görə, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.

Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan 6 ay idi, Almaniyada yaşayırdı. 

Surxay Şahbazov


Seçilən
19
20
qafqazinfo.az

10Mənbələr