Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) “Məsləhət Qrupu”nun üzvlərinin adlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovdan başqa qrupda cəmi 3 üzv yer alıb.
Gürcüstanlı üçqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Kaxi Kaxiaşvili, Sinqapur Ağırlıqqaldırma Federasiyasının prezidenti Tom Liav və Şimali Koreya Respublikasının Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Sonq Nam Yanq IWF-in “Məsləhət Qrupu”nun üzvü olaraq fəaliyyət göstərəcəklər.
Rəhbər strukturda Avropa ölkələrindən cəmi 2 təmsilçi yer alıb ki, onlardan da biri Firdovsi Umudovdur.
Xatırladaq ki, IWF-də 200-dək üzv ölkə təmsil olunur. İWF-nin rəhbər heyətində əsasən aparıcı üzv ölkələrin nümayəndələri yer alıb. “Məsləhət qrupu”nun üzvləri 4 il müddətinə seçilir. Onlar 2029-cu ilə kimi bu vəzifəni icra edəcəklər.