AZ

Almaniya ABŞ dan Patriot alıb, ABŞ a göndərmək istəyir

Axar.az saytına istinadən ain.az xəbər verir.

Almaniya Kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla Ukraynaya daha çox “Patriot” sistemləri və raketlərin verilməsi məsələsini müzakirə edib, lakin hələlik yekun qərar verilməyib.

Axar.az xəbər verir ki, Almaniya lideri bu barədə iyulun 10-da Romada Ukraynanın yenidən qurulmasına dair URC 2025 konfransı çərçivəsində baş tutan brifinqində deyib.

Merzin sözlərinə görə, o, daha çox “Patriot” sistemləri almaq və onları Ukraynaya göndərmək planları ilə bağlı ABŞ hökuməti, prezident Trampla sıx əlaqədədir.

O, həmçinin Rusiyanın davam edən hücumları fonunda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
axar.az

2Mənbələr