AZ

Ələtdə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib.

Yenisabah.az xəbər verir ki, təlim Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Limanının ərazisində təşkil olunub.

Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib. Dominos pizza

FHN-lə yanaşı müdafiə, daxili işlər, rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR və bp-nin ümumilikdə 1250 nəfərdən ibarət canlı qüvvəsi, 8 ədəd helikopteri, 277 ədəd xüsusi təyinatlı texnikası və 14 baş xüsusi təlim görmüş iti iştirak edib.


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr