AZ

Ötən ay əhali içki və tütün məmulatlarına 231 milyon manat xərcləyib

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarətşəbəkəsində istehlakçılara 1,296 milyard manatlıq içkilər və tütünməmulatları satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici ilin yanvar-may ayları iləmüqayisədə 231 milyon manat və ya 21,7% çoxdur. Belə ki, cari ilinyanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 1,065 milyard manatlıq içkilər və tütün məmulatlarısatılmışdı.

Ümumi olaraq, cari ilin birinci yarısında Azərbaycanda pərakəndəticarət şəbəkəsində istehlakçılara orta hesabla hər ay 216 milyonmanatlıq, hər gün isə 7,2 milyon manatlıq içkilər və tütünməmulatları satılıb.

Hesabat dövründə içkilər və tütün məmulatları üzrə ticarətdövriyyəsinin yekunda xüsusi çəkisi 4,4% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 29,642 milyard manatlıq, o cümlədən16,262 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 13,380 milyard manatlıq qeyri-ərzaq mallarısatılıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq mallarıüzrə 6,7 faiz artıb.

Seçilən
18
4
az.trend.az

6Mənbələr