AZ

Tramp Rusiyaya qarşı ağır silahını işə salır

Donald Tramp Administrasiyası ABŞ-nin maliyyə naziri Skott Bessentdən Rusiyaya iqtisadi təzyiq vasitəsi kimi istifadə etməyi nəzərdən keçirir.

"Bakuinfo""The Telegraph" nəşrinə istinadən xəbər verir ki, qeyri-ənənəvi strategiyası ilə tanınan Bessent Vaşinqtonun yeni siyasətində əsas fiqur ola bilər.

Qeyd olunur ki, Tramp Rusiya iqtisadiyyatına təsiri artırmaq üçün yollar axtarır. Keçmişdə Bessent Çinlə ticarət müharibəsində mühüm rol oynayaraq öz effektivliyini sübut edib. İndi onun təcrübəsi və riskli addımlar atmağa hazır olması Moskvaya qarşı yönələ bilər.

"Rusiyaya qarşı yeni fəaliyyət strategiyasında o, Trampın məxfi silahı ola bilər. ABŞ-nin maliyyə naziri Skott Bessent qeyri-standart mütəfəkkirdir. Uoll-Stritdən olan istedadlı mütəxəssis kimi o, Trampın Çinlə ticarət müharibəsində əsas fiqur olub", - deyə nəşr yazıb.

Məlumata görə, Bessent opponent ölkələrin iqtisadiyyatının zəif yerlərini tapmağı və onlardan necə istifadə etməyi bilir. Onun maliyyə səriştəsi və biznes fərasətini birləşdirən yanaşması Bessenti Rusiyaya qarşı sərt strategiyanı həyata keçirmək üçün ideal namizəd edir.

Seçilən
36
24
bakuinfo.net

10Mənbələr