Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur.
Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 230.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.