AZ

İçki və tütün məhsullarına xərclənən pul açıqlandı

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb.Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur. Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 230.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
6
7
metbuat.az

10Mənbələr