AZ

Peyindən də içməli su emal olunacaq: Elə bir üsul hazırlandı ki...

Rusiyalı ixtiraçı Vladimir Qorbaşov Milli Texniki Təşəbbüs (NTI) proqramının dəstəyi ilə kənd təsərrüfatı müəssisələrinin çirkab sularının qoxusunu təmizləmək və aradan qaldırmaq üçün yeni üsul kəşf edib.

Publika.az xəbər verir ki, bununla bağlı məlumat "İzvestiya" nəşrində verilib.

Bildirilib ki, yeni inkişaf peyini içməli su vəziyyətinə qədər emal etməyə imkan verəcək. Prosesdə kimyəvi reaksiyalar və xüsusi elektrik dəyirmanı istifadə olunur. Kompleks az enerji sərf edir və səmərəli işləyir. Əldə olunan suyu qorxmadan içmək olar.

"İşlənmə suyun bioloji təmizlənməsindən sonra təmizləyici qurğularda qalan çöküntü lil - kir problemini həll edəcək. İndi o, kənd təsərrüfatı sənayesində, məsələn, donuzçuluq fermalarında və süd komplekslərində istifadə oluna bilər", - deyə layihə müəllifi bildirib.

Seçilən
29
2
publika.az

3Mənbələr