AZ

Azərbaycan millisi yenə gerilədi

Yazını böyüt
Yazını kiçilt

FİFA milli komandalarının iyul ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlanıb.

Hafta.az xəbər verir ki, Azərbaycan milli komandası daha üç pillə geriləyərək, 1148 xalla 119-cu yerdən 122-ci yerə enib.

Bu müddətdə millimiz iki yoldaşlıq oyunu keçirib və nə Latviya (0:0), nə də Macarıstana (1:2) qalib gəlib. Azərbaycanın ən yaxın təqibçisi Qambiya (1,141,36) millisidir. Yığmamızdan bir pillə yuxarıda isə Nigerdir (1,148,22).

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri reytinqdə aşağıdakı yerləri tutur: Fransa – 3-cü (1862,03), Ukrayna – 26-cı (1557,21), İslandiya – 74-cü (1337,92). Reytinqə isə Argentina (1885,36) başçılıq edir.

Seçilən
32
2
hafta.az

3Mənbələr