AZ

Goranboyda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı oldu - FOTOLAR

Goranboy rayonunda, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirildi.

"Unikal" xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Qərbi Azərbaycan İcmasının elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Şəmsi Qocayev, YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və rayonda yaşayan bir qrup Qərbi azərbaycanlılar iştirakı etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra, Goranboy Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və digər ziyalılar, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açdılar. Çıxış edənlər, müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətini vurğulayaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını bildirdilər.

Seçilən
30
4
unikal.az

6Mənbələr