AZ

Azərbaycanda aqrar sığorta ödənişləri rekord həddə çatıb

Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb.

Bu ilin yanvar-iyun aylarında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat aqrar sığorta ödənişi həyata keçirilib.

Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 %, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.

Fondun məlumatına görə, yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manat sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib.

Təqribən 17 min hektar əkin sahəsində baş verən hadisələrə görə aqrar sığorta ödənişləri ötən illə müqayisədə 90 % artaraq indiyədək ən yüksək həddə çatıb. Xatırladaq ki, 2024-cü ilin ilk yarım ilində, əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.

Seçilən
35
12
aznews.az

10Mənbələr