AZ

İlk yarımildə 4,4 milyon manatdan çox aqrar sığorta ödənişi həyata keçirilib

Bu ilin yanvar-iyun aylarında müxtəlif hadisələrdən zərər çəkən fermer və təsərrüfatlara ümumilikdə 4,435 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib.

Fondun məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım müşahidə olunub.

Sığorta ödənişinin 4,246 milyon manatı əkin sahələri üzrə, 189 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib.

Təqribən 17 min hektar əkin sahəsində baş verən hadisələrə görə aqrar sığorta ödənişləri ötən illə müqayisədə 90 faiz artaraq indiyədək ən yüksək həddə çatıb.

İlk yarımildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bununla yanaşı, meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib.

Hesabat dövründə ən çox sığorta ödənişləri Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və Ağsu (273 min manat) rayonlarının payına düşüb.

Seçilən
25
11
vergiler.az

10Mənbələr