Millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” (Niderland) təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Niderland təmsilçisi klubu “Katveyk”lə qarşılaşıb və heç-heçə edib – 1:1.
Ozan Can ikinci hissədə meydana çıxıb.
Qeyd edək ki, “Volendam” növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.