AZ

“Rusiya Əliyev və Paşinyanın Əbu-Dabidəki görüşünü tam dəstəkləyir”



“Azərbaycan- Ermənistan sülh müqaviləsi Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən Rusiyanın bu prosesi tam dəstəklədiyini bildirib.  
“Belə bir sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirəcək mühüm amil olacaq”, - Kreml nümayəndəsi qeyd edib.
Seçilən
30
2
yeniavaz.com

3Mənbələr