AZ

SOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub.

“Report” xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.

Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Müqaviləyə əsasən rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.

Qeyd edək ki, şirkət eyni zamanda Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”a da sponsorluq edir.

Seçilən
14
2
report.az

10Mənbələr