AZ

İrlandiyalı səyyah: Şuşa xüsusi təəssürat yaratdı

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Şuşada gözəl gün oldu.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir, bunu irlandiyalı səyyah, beynəlxalq MTP (Most Traveled People - Ən çox səyahət edən insanlar) klubunun üzvü Devid Cozef Lanqan Qarabağ və Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

“Bu gün mən Qarabağda, Azərbaycanda xüsusi bir hadisə ilə bağlı səfərdəyəm. Mən dünyada çox sayda poçt şöbələrində oldum, özümə və dostlarıma açıqcalar göndərdim - bu, sadəcə bir xatirə deyil, həm də poçt sisteminin necə işlədiyini yoxlamaq üçün bir üsuldur”, - o bildirib.

Səyyahın sözlərinə görə, Şuşada müasir poçt şöbəsinə baş çəkmək onun üçün xüsusilə yaddaqalan olub.

“Yeni, texnoloji cəhətdən inkişaf etmiş filial, inanılmaz mehriban heyət - hər yerdə gülən simalar, əla xidmət. Qarabağda, Şuşada gözəl gün idi” – Lanqan qeyd edib.

O, Şuşadan göndərdiyi, üzərində qalanın təsviri olan açıqcanın onun üçün xüsusi xatirəyə çevriləcəyini vurğulayıb.

“Açıqca evə çatanda Qarabağdan göndərilənlərin xatirəsi olacaq. Açıqcada möhür və tarix də olacaq. Burada olduğuma görə şadam”, - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
5
bakivaxti.az

6Mənbələr