AZ

MİQ üzrə bir sıra fənlərlə bağlı apellyasiya müraciətlərinə start verildi KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanı ilə bağlı apellyasiya müraciətlərinə start verilib.

Bu barədə KONKRET.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
25
konkret.az

10Mənbələr